9 C
Baku
Sunday, November 17, 2024

Türkiyə Qara dənizdəki qaz yatağı sayəsində tədarükdən asılılığı azaldacaq

Türkiyə Qara dənizdəki Sakarya qaz yatağı sayəsində ilin sonuna qədər tədarükdən asılılığını 15% azaltmağı planlaşdırır.

Bu barədə “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinin prezidenti Melih Han Bilgin bildirib.

“Birinci mərhələdə Sakarya yatağı idxal qazından asılılığı 15% azaldacaq, bu, ilin sonuna qədər baş verəcək. Sonra ikinci mərhələ ilə bu asılılıq 35% azalacaq”, – Bilgin deyib.

Son xəbərlər
Digər xəbərlər