Türkiyə Qazaxıstanla ticarət dövriyyəsini artırmağı planlaşdırır

Türkiyə Qazaxıstanla ticarət dövriyyəsinin həcmini 10 milyard dollara çatdırmağı planlaşdırır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə birgə mətbuat konfransında deyib.

“Ümid edirəm ki, birlikdə atdığımız addımlarla 10 milyard dollarlıq hədəfə çatacağıq”, – Türkiyə lideri bildirib.

Mayın 10-da Ankarada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi keçirilib.

Son xəbərlər
Digər xəbərlər