Qara dənizdə qaz hasilatı prosesində logistik cəhətdən çətin mərhələ qət edildi, Türkiyə məqsədinə bir addım da yaxınlaşdı.
Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.
Onun sözlərinə görə, boruları dənizin dibinə düzəcək “Castoro 10” gəmisi bu gün Çanaqqaladan çıxaraq Filyosa (qaz emalı zavodu tikilən Türkiyə Qara dənizdə ki limanı) yollanıb.
Daha əvvəl bildirilib ki, Türkiyənin Qara dəniz şelfindəki Sakarya qaz yatağından Filyos limanına qədər çəkilən qaz kəmərinin dəniz hissəsinin ümumi uzunluğu 155 kilometr olacaq. Planlara görə, yataqdan ilk qaz 2023-cü ildə Türkiyəyə tədarük olunmalıdır. Türkiyə Qara dənizdə 540 mlrd. kubmetr qazın hasilatı və nəqlinə təxminən 10 mlrd. dollar sərmayə qoyacaq.