11 C
Baku
Monday, November 18, 2024

Türkiyə qlobal qiymət artımına görə zeytun yağının ixracını dayandırıb

Türkiyənin Ticarət Nazirliyi zeytun yağının qlobal qiymət artımı, eləcə də İspaniya və İtaliyanın Türkiyə yağının üçüncü ölkələrə satması səbəbindən onun ixracını noyabrın 1-dək dayandırıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. Agentliyin məlumatına görə, bahalaşma səbəbindən Türkiyədə zeytun yağının maya dəyəri 102% artıb.

Nazirlik əlavə edib ki, 2022-ci ilin noyabrından 2023-cü ilin iyuluna qədər Türkiyədə zeytun yağının ixracı 240% artaraq 136.5 min tona çatıb.

Avropa İttifaqının yüksək gömrük rüsumları səbəbindən Türkiyə zeytun yağını Aİ ölkələrinə həddindən artıq kiçik həcmdə tədarük edə bilir. “Noyabrdan iyul ayına qədər İspaniyaya yağ ixracımız ötən ilin eyni dövrü ilə müqayisədə 21 dəfə, İtaliyaya isə 44 dəfə artıb”, – departamentin press-relizində deyilir.

Bunun fonunda agentlik 2023-cü il noyabrın 1-dək zeytun yağının butulka və çəlləklərdə ixracına məhdudiyyət tətbiq etmək qərarına gəlib.

Son xəbərlər
Digər xəbərlər