Türkiyə Rəqabət Qurumu “Nestle Türkiyə Qida Sənayesi” ilə bağlı araşdırmalara başlayıb.
Banker.az xəbər verir ki, bu barədə Rəqabət Qurumunun rəsmi internet saytında açıqlama verilib.
Qurum “Nestle Türkiye Qida Sənayesi AŞ”nin Rəqabətin Mühafizəsi haqqında Qanunun 4-cü maddəsini (distribyutorlarının təkrar satış qiymətini müəyyən etmək və distribyutorlarına bölgə və müştəri məhdudiyyətləri qoymaq) pozduğuna dair iddialarla bağlı ilkin araşdırma qərarını açıqlayıb.