“Bu günlərdə Moskvada Rusiya, İran və Suriyadan olan həmkarlarımızla dörtərəfli müzakirə keçirdik”.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NTV-yə müsahibəsində deyib.
O söyləyib ki, Türkiyənin prioriteti sərhədlərin təhlükəsizliyidir: “Bizim istəklərimiz qeyri-leqal deyil. Biz Moskvada bütün qonşularımızın suverenliyinə hörmət etdiyimizi bildirdik. Həmçinin dedik ki, Türkiyədəki suriyalıların sayı artıq kifayət qədərdir. Yəni daha çox suriyalını ölkəmizdə qonaq etməyə imkanımız yoxdur”.
Nazir vurğulayıb ki, gələcəkdə atılacaq addımlar sayəsində müəyyən nəticələr əldə oluna bilər: “Cənab Prezident Rəcəb Tayyib Ərdoğan müntəzəm olaraq rusiyalı, iranlı həmkarları ilə danışır, bu məsələləri müzakirə edir. Gələcəkdə liderlər səviyyəsində də dördtəfli görüş keçirilə bilər”.