12 C
Baku
Sunday, November 17, 2024

Türkiyə Rusiya qazının pulunu rublla ödəməyə razılaşdı

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan Türkiyəyə qaz tədarükünü müzakirə ediblər və qismən rublla ödəniş barədə razılığa gəliblər.

Bu barədə jurnalistlərə Rusiya Baş nazirinin müavini Aleksandr Novak iki lider arasında aparılan danışıqların yekunlarına əsasən bildirib.

“Mühüm komponent, Türkiyə Respublikasına kifayət qədər böyük həcmdə – ildə 26 milyard kubmetr həcmində qazın tədarükü oldu. Danışıqlar zamanı prezidentlər razılaşdılar ki, biz qazın qismən tədarükünə başlayacağıq və ödənişi rublla edəcəyik”. Novak bildirib.

Son xəbərlər
Digər xəbərlər