5 C
Baku
Sunday, December 14, 2025

Türkiyə Rusiya və Ukraynadan sülh sazişinə qədər məhdud razılaşma tələb edir

Türkiyə Rusiya və Ukrayna arasında tam sülh sazişi əldə olunana qədər müəyyən sahələr üzrə məhdud razılaşmaların imzalanmasını zəruri hesab edir.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlama verib.

Nazir bildirib ki, Qara dənizdə qarşılıqlı cavab zərbələri bölgədə ticarətə ciddi zərbə vurur və bu vəziyyət Türkiyə üçün risklər yaradır.

Onun sözlərinə görə, yaranmış şərait həm Türkiyə vətəndaşlarının, həm də türk şirkətlərinə məxsus gəmilərin təhlükəsizliyini təhdid edir.

Hakan Fidan qeyd edib ki, gəmilərin bayraqları fərqli ola bilər, lakin onları istismar edən şirkətlər türk şirkətləri ola, heyətində isə türk dənizçilər yer ala bilər. Bu səbəbdən Ankara xüsusilə iki istiqamət üzrə razılaşmanın vacib olduğunu vurğulayır.

“Əgər genişmiqyaslı ümumi atəşkəs və sülh sazişi mümkün deyilsə, heç olmasa enerji obyektlərinin hədəf alınmaması və Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin olunması ilə bağlı məhdud razılaşma əldə edək”, – deyə Türkiyə xarici işlər naziri bildirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər