Türkiyə buğdanın xaricdən idxalını dayandırmazdan əvvəl Rusiyadan alışını bu ilin yanvar ayından etibarən maksimum 140,3 milyon dollara qədər artırıb.
Bu barədə Rusiya mətbuatında bildirilir.
Türkiyə hökuməti iyunun 21-dən oktyabrın 15-dək buğda idxalını dayandırıb. Qeyd olunub ki, bu, yerli istehsalçıların taxılın qiymətinin aşağı düşməsi nəticəsində zərər görməmələri üçün qorunmasına yönəlmiş tədbirlərdən biridir.
İyun ayında Rusiya Türkiyəyə buğda ixracını 11 % artıraraq 140,3 milyon dollara çatdırıb. Eyni zamanda, yayın əvvəlində Rusiya taxılın Türkiyəyə yeganə iri tədarükçüsü olaraq qalıb: ənənəvi olaraq əsas ixracatçılardan ikincisi olan Ukraynadan idxal səkkiz dəfə azalaraq 2,1 milyon dollara düşdü.
Ümumilikdə isə Türkiyə iyunda buğda idxalını 0,8 % azalaraq 143,8 milyon dollara endirib.