“Rusiyadan qaz alsaq da, Moskvanın Ukraynanın Krım bölgəsini ilhaq etməsini tanımırıq”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber”ə müsahibəsində deyib.
O bildirib ki, rəsmi Ankara Rusiya-Ukrayna müharibəsinin bitməsində maraqlıdır: “Rusiyanı da tənqid edirik. Biz soyuqqanlı, balanslı siyasət yürüdürük. Buna görə də dünyada nüfuz qazanmışıq. İndi Qərbin istəyi ilə bu mövqeyimizi itirməliyikmi?!”.