9 C
Baku
Thursday, December 12, 2024

Türkiyə Rusiyadan təbii qaz idxalını azaldıb, İran və Azərbaycandan tədarükü artırıb

Türkiyə iyulda Rusiyadan təbii qaz idxalını 37.2 % azaldıb, İran və Azərbaycandan isə tədarükü artırıb.

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun hesabatında deyilir.

“2022-ci ilin iyulunda Türkiyəyə təbii qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 15.7 % azalaraq, təxminən, 3 milyard 411 milyon kubmetr təşkil edib”, – qurum bildirib.

Hesabatda göstərilib ki, iyulda Türkiyə ən çox təbii qazı Rusiyadan alıb – 1 milyard 448 milyon kubmetr: “Sonrakı yerləri İran – 870 milyon kubmetr, Azərbaycan – 710 milyon kubmetr tutur. Amma bu dövrdə Rusiyadan təbii qaz idxalı 37.2 % azalıb, İran və Azərbaycandan isə müvafiq olaraq 37.5 % və 31.5 % artıb”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər