10 C
Baku
Wednesday, December 11, 2024

Türkiyə Rusiyanı qarşı sanksiyalara qoşulmadı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaqlarını bildirib. Sputnik xəbər verir ki, Çavuşoğlu, sanksiyaların Türkiyənin iqtisadiyyatına zərər verdiyini söyləyib.

“Türkiyə keçmişdə sanksiyalardan çox əziyyət çəkdi. Qonşularımıza və tərəfdaşlarımıza qarşı sanksiyalar bizim iqtisadiyyatımıza xeyli ziyan vurdu. Ona görə də, bu prosesə qoşulmayacağımızı dedik. Biz, dialoqun daha doğru yol olduğunu düşünürük” — nazir vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər