Türkiyə Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində referendum keçirməsinə münasibət bildirib

Rusiyanın Ukraynada ələ keçirdiyi Donetsk, Luqansk, Zaporojye, Xerson, Melitopolda keçirəcəyi referenduma Türkiyə Xarici İşlər Nazirliyi münasibət bildirib.

XİN-in yaydığı açıqlamada referendumla bağlı qərara narahatlıqla yanaşıldığı bildirilib.

“Biz Ukraynanın Rusiyanın nəzarəti altında olan hissələrində təktərəfli referendum keçirmək cəhdlərindən narahatıq. Belə qeyri-qanuni faktlar beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq. Əksinə, bu diplomatik prosesin canlandırılması səylərini çətinləşdirəcək və qeyri-sabitliyi dərinləşdirəcək”, – deyə açıqlamada bildirilir.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər