13 C
Baku
Saturday, October 26, 2024

Türkiyə Rusiyaya ixracı “gizli” olaraq məhdudlaşdırır – “Financial Times”

“Financial Times” qəzeti məlumatlı mənbələrə istinadən xəbər verir ki, Türkiyə gömrüyü Amerika hərbi məhsullarının Rusiyaya ixracını əngəlləyib. Qəzetin yazdığına görə, Ankara bu qərarı Vaşinqtonun ticarətin dayanmayacağı təqdirdə “nəticələr” barədə xəbərdarlığından sonra verib.

Son bir neçə həftə ərzində Türkiyə ABŞ-nin Rusiya ordusu üçün zəruri hesab etdiyi 40-dan çox kateqoriyalı malın ixracını dayandırıb. Qəzetin həmsöhbəti belə məhsullar arasında raket və dronlarda istifadə oluna bilən mikroçiplərin, prosessorların və uzaqdan idarəetmə sistemlərinin adını çəkir.

Eyni zamanda, “FT” qeyd edir ki, Türkiyə yeni məhdudiyyətləri ictimaiyyətə açıqlamayıb. Bir mənbə iddia edir ki, “siyasi həssaslıq” səbəbindən ölkədən heç bir rəsmi açıqlama verilməyib. Türkiyənin Ticarət Nazirliyi qəzetin sorğusuna cavab verməyib.

2024-cü ilin əvvəlindən Türkiyə bankları ABŞ-nin ikinci dərəcəli sanksiyaları altına düşmək qorxusu ilə Rusiya bankları ilə işləməkdən imtina etməyə başlayıb. Sentyabrda “TASS” mənbəyə istinadən xəbər vermişdi ki, Rusiya ilə əməliyyatlar üçün Türkiyədə yalnız bir bank, “Emlak Katilim” qalıb.

Son xəbərlər
Digər xəbərlər