Türkiyə Rusiyaya “Taxıl sazişi”nin bərpasını təklif edib.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Türkiyə taxıl sövdələşməsinin mümkün bərpası ilə bağlı təklifləri olan sənədi Rusiyaya təhvil verib.
Peskov qeyd edib ki, mütəxəssislər təklifləri araşdırıb Putinə hesabat verəcəklər.