9 C
Baku
Friday, December 13, 2024

Türkiyə səfiri Azərbaycanı tərk edib

Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Bakını tərk edib.

Diplomat bu gün ölkəsinə qayıdıb.

E.Özoral 2016-cı ildən Türkiyənin Azərbaycandakı səfiri vəzifəsində çalışıb. Onun səlahiyyət müddəti aprel ayında başa çatıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Cahit Bağçı Azərbaycana səfir təyin olunub.

Yeni səfirin yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər