11 C
Baku
Friday, November 15, 2024

Türkiyə səfiri Ukrayna XİN-ə çağırılıb

Avqustun 29-da Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə Ukrayna Xarici İşlər Nazirliyinə dəvət olunub.

Bu barədə nazirliyin saytında II “Sparta” gəmisinin Bosfor boğazından keçməsi ilə bağlı dərc edilmiş şərhində deyilir.

Nazir müavini Nikolay Toçitski Türkiyə səfirinə Ukrayna tərəfinin Rusiya Müdafiə Nazirliyinin icarəyə götürdüyü II “Sparta” gəmisi ilə Suriyadan Bosfor boğazı vasitəsilə Rusiyaya S-300PMU-2 raket komplekslərinin daşınmasına dair məlumatla bağlı narahatlığını ifadə edib:

“Nazir müavini Türkiyə səfirinin diqqətini ona yönəldib ki, Boğazların Rejimi haqqında 20 iyul 1936-cı il tarixli Konvensiyanın (Montro Konvensiyası) müddəalarına uyğun olaraq, göstərilən gəmi bu məqsədlər üçün hərbi gəmi anlayışına düşür.

Toçitski Türkiyə tərəfindən II “Sparta” gəmisi ilə Bosfor boğazından daşınmış yük, habelə Konvensiyanın müddəalarının yerinə yetirilməsi və Rusiya Federasiyasının münaqişənin daha da eskalasiyasının qarşısının alınması üçün Türkiyənin gördüyü tədbirlərlə bağlı rəsmi məlumat verməsini xahiş edib.

Bununla yanaşı, nazir müavini ümidvar olduğunu bildirib ki, Türkiyə Ukraynanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhdədlərini tanımaq, dəstəkləmək istiqamətindəki ardıcıl mövqeyinə uyğun olaraq, Türkiyə tərəfi Rusiya-Ukrayna müharibəsi zamanı Qara dəniz boğazlarının Rusiya hərbi gəmiləri üçün bağlanması ilə bağlı 28 fevral 2022-ci il tarixli qərarına ciddi əməl edəcək”.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər