Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç bildirib ki, ölkə öz səfirliyini Kiyevdən Çernovtsıya köçürür.
Bu qərarı Xarici İşlər Nazirliyi Rusiya hərbçilərinin Ukraynanın paytaxtına hücumu təhlükəsi fonunda qəbul edib.
Nazirliyin sözçüsü onu da əlavə edib ki, Türkiyə Ukraynadakı hərbi əməliyyatlar nəticəsində çətin vəziyyətdə qalan vətəndaşlarının təxliyyəsi üzərində işləyir.