6 C
Baku
Sunday, December 15, 2024

Türkiyə sentyabrda ən çox müdafiə sənayesi məhsullarının ixracını Azərbaycana edib

Türkiyənin müdafiə və aviasiya sənayesi, keçən ay ən yüksək ixracatı 77 milyon 167 min dollar ilə Azərbaycana reallaşdırıb.

Banker.az bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) verdiyi məlumata istinadən xəbər verir.

Türkiyənin müdafiə və aviasiya ixracatı yanvar-sentyabr aylarında 17% azalaraq 1 milyard 521 milyon 396 min dollara düşüb. Sentyabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 80% artan müdafiə və aviasiya ixracatı, avqust ayına görə 58.7% artaraq 281 milyon 582 min dollara çatıb.

Sektor ötən ay 77 milyon 167 min dollarla Azərbaycana ən çox ixrac edib. Sonra Azərbaycanı 62 milyon 974 min dollarla Oman, 62 milyon 77 min dollarla ABŞ, 15 milyon 673 min dollarla Hindistan və 14 milyon 588 min dollarla Almaniya izləyib.

TIM məlumatlarına görə, sentyabr ayında müdafiə və aerokosmik sənayenin ən çox ixrac etdiyi ilk 10 ölkə və ixracat rəqəmləri belədir:

  • Azərbaycan 77.167.47 (milyon dollar)
  • Oman 62,974.51
  • ABŞ 62,077.45
  • Hindistan 15,673.56
  • Almaniya 14,588.51
  • Polşa 10.193,67
  • Tunis 5,362.27
  • Birləşmiş Krallıq 4.208.54
  • İndoneziya 3,002.95
  • Pakistan 2.965,49
Son xəbərlər
Digər xəbərlər