7 C
Baku
Sunday, December 29, 2024

Türkiyə şirkəti Avropa üçün yarı qiymətə elektrik enerjisi istehsal edəcək

Ciddi enerji böhranı ilə üzləşən Avropa həll yolu olaraq üzən elektrik stansiyalarını icarəyə götürmək üçün danışıqlar aparır.

Banker.az xəbər verir ki, “Bloomberg HT”nin yayımına qatılan “Karadeniz Holding”in Enerji Ticarət Qrupunun prezidenti Zeynəb Harezi Avropa İttifaqının iqtisadiyyatı ən böyük dörd ölkəsi ilə danışıqlar aparıdıqlarını, danışıqların müsbət nəticə verəcəyi təqdirdə dekabrda Avropa üçün elektrik enerjisinin istehsal ediləcəyini bildirib. Avropada elektrik qiymətlərinin hələ də bir kilovatsaat üçün 50 sent olduğunu deyən Harezi, elektrik enerjisini kilovatsaatı 25 sentə istehsal edəcəklərini bildirib.

Ümumilikdə 36 üzən elektrik stansiyası ilə 19 ölkədə işlədiklərini deyən Harezi Avropadakı fəaliyyət planı ilə bağlı belə deyib:

“Adətən, bu “güc gəmiləri” (powership) inşaat çətin həyat keçirilən adalar, tez təchizat tələb edən uzaq ərazilər üçün istehsal olunurdu. Lakin Avropada təbii qazın qiymətinin artması ilə elektrik enerjisinin qiymətləri birdən-birə 10, hətta 20 dəfə artdı. Eyni zamanda, COVID-19 böhranına görə infrastruktur investisiyaları baş tutmadı. Avropa həm nüvə, həm də kömürdən uzaqlaşaraq bərpa olunan enerjiyə keçmək istəyirdi. Lakin bu keçid eyni tempdə olmadığına görə, üstəlik müharibə səbəbindən ciddi enerji böhranı ilə üzləşdilər. Biz 6000 meqavattın 2000 meqavatını Avropaya göndərmək üçün Aİ-nin ən böyük iqtisadiyyatı olan dörd ölkəsi ilə danışıqlar aparırıq”.

Harezi danışıqların müsbət nəticələndiyi təqdirdə gəmilərin bir hissəsinin bir ay ərzində elektrik istehsal edəcəyini deyib. Belə ki, gəmilər müvafiq bölgəyə bağlandıqdan sonra bir ay ərzində elektrik enerjisi istehsal edir. Dekabrda Avropa üçün də enerji istehsal oluna bilər.

Üzən tankerlərin müxtəlif mənbələrdən, xüsusilə mayeləşdirilmiş təbii qazdan və ya maye yanacaqdan elektrik enerjisi istehsal etdiyini bildirən Harezi getdikləri bölgələrdə bərpa olunan enerjiyə sərmayə yatırdıqlarını da sözlərinə əlavə edib.

Son xəbərlər
Digər xəbərlər