22 C
Baku
Friday, April 26, 2024

Türkiyə şirkəti Azərbaycanda əczaçılıq məhsullarının istehsalını quracaq

Türkiyənin konqlomerat şirkəti olan “Demirören” Holdinq Azərbaycanda əczaçılıq məhsullarının satışı və istehsalı sahəsinə investisiya edəcək. Bununla bağlı Azərbaycan İqtisadiyyat Nazirliyi və “Demirören” Holdinq arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumda Azərbaycanda birgə müəssisə yaratmaq nəzərdə tutulur. Memoranduma uyğun olaraq, “Demirören” Holdinq layihəyə 40 milyon ABŞ dollarınadək investisiya yatıracaq,

Məlumata görə, memorandum İqtisadiyyat Nazirliyində “Demirören” Holdinqinin nümayəndə heyəti ilə görüş zamanı imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Demirören” Holdinqin İdarə Heyətinin sədri Yıldırım Demirören imzalayıblar. Memorandumda Azərbaycanda birgə müəssisə yaratmaqla əczaçılıq məhsullarının istehsalı və satışının təşkili nəzərdə tutulur. Müəssisənin tikintisi üçün Pirallahı Sənaye Parkında müvafiq ərazinin ayrılması, Azərbaycan İnvestisiya Şirkətinin layihədə iştirakı və ən azı, 150 nəfəri yerli olmaqla yeni iş yerlərinin açılması planlaşdırılır. İstehsal prosesi ixtisaslı aparıcı şirkətlərin müvafiq lisenziyaları əsasında GMP standartlarına uyğun təşkil ediləcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər