“CENAY İnşaat Sanayi ve Ticaret Ltd” müəssisəsi ləğv olunduğunu elan edir.
Banker.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, Keykab Xanım Səfərəliyeva küçəsi, ev 22 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, şirkət Azərbaycanda 1997-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10000 USD və qanuni təmsilçisi Azadə Abdullayevadır.
CENAY İnşaat Sanayi ve Ticaret Ltd.Şti-nin Türkiyədə bütün fəaliyyətinin (telekommunikasiya, enerji, elektrik enerjisi, tikinti, GSM baza stansiyalarının tikintisi sahəsində açar təslim layihələri) Azərbaycanda həyata keçirilməsini öz üzərinə götürən şirkət idi.