21 C
Baku
Saturday, May 4, 2024

Türkiyə şirkəti Azərbaycandakı karqo şirkətinin səhmlərinin 75 %-ni alıb

Türkiyənin “Aras Kargo” şirkəti “Aras Global” markası ilə beynəlxalq bazarlara çıxış strategiyası çərçivəsində ilk olaraq Azərbaycanın “Star Express” karqo şirkətinin səhmlərini alıb.

“Aras Kargo” “Starex” markası ilə xidmət göstərən şirkətin 75 %-ni almaqla “Aras Global” ilə Azərbaycanda karqo xidmətləri göstərməyə başlayıb.

Şirkət bu cür addımları digər türk dövlətlərində də həyata keçirməyi planlaşdırır.

“Aras Kargo” şirkətinin baş direktoru Utku Ayyarkın bildirib ki, şirkətin bu addımı, eyni zamanda, Azərbaycanda elektron ticarətin həcmini artıracaq.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər