16.2 C
Baku
Wednesday, May 14, 2025

Türkiyə şirkəti Azərbaycanın səhmdar cəmiyyətinin 99%-ni satın alıb

Türkiyədə qeydiyyatda olan şirkət Azərbaycanda fəaliyyətdə olan “Stock Baku” QSC-də (Anbarım) səhmlərinin əsas payına sahiblənib.

Banker.az-ın əldə etdiyi məlumatlardakı qeydlərə əsasən, şirkətin təsisçisi Əliş Zeynalov Əlimərdan oğlu keçən ilin mayında 100%-lik payını satıb.

Şirkətin nizamnamə kapitalında Vüqar Vilayət oğlu Həsənov 1.001% payla və “Reyalin İnşaat və Turizm” Anonim Şirkəti isə 98.999% payla yeni sahibləri olublar.

Qeyd edək ki, şirkət öncəki ildə 3.77 mln. manatlıq satışlara qarşı 1.86 mln. manatlıq xalis mənfəət əldə etmişdi. Öncəki ildə isə onun xalis mənfəəti 1.91 mln. manat idi.

Xatırladaq ki, 2021-ci ildə 7 343 500 manatla təsis edilən şirkətin əsas fəaliyyət istiqaməti anbar və ofislərin icarəyə verilməsidir.

Şirkətin törəməsi “Premium Garage” QSC-dir. 2003-cü ildə təsis edilən bu şirkəti 2022-ci ildə satın almışdı.  6 may 2024-cü il tarixində səhmdarların qərarı ilə şirkətin nizamnamə kapitalı 3.5 milyon manata çatdırılıb. Bunun üçün əlavə olaraq hər biri 10 manat dəyərində 349 800 ədəd səhm buraxılıb.

Bundan başqa, “Premium Garage” QSC tərəfindən investisiya məqsədilə 773 400 manat məbləğində avans ödənişi edilib. Bu vəsait yeni mülkiyyətin tikintisi ilə bağlı idi.

(!) Xəbərin hiperlinklə mənbə kimi göstərilməsi mütləqdir

Son xəbərlər
Digər xəbərlər