22 C
Baku
Friday, September 20, 2024

Türkiyə şirkəti bir illik fəaliyyətdən sonra Bakıdakı filialını bağlayır

Türkiyənin “Kalkedon Enerji Mühendislik ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialı ləğv edilir.

Bu barədə Banker.az şirkətin Bakıdakı filialına istinadən xəbər verir.

“Kreditorlar iki ay ərzində tələblərini AZ1007 Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 14, mənzil 7 ünvanına bildirə bilərlər”- deyə, elanda qeyd edilir.

“Kalkedon Enerji Mühendislik ve Ticaret Limited Şirketi” Türkiyədə qeydiyyatdadır. Əsasən neft-qaz və kimya sənayesi üzrə mühəndislik xidmətlərini həyata keçirir. 2023-cü ilin avqustundan Bakıda filial açmışdı.

Son xəbərlər
Digər xəbərlər