“Tikilməkdə olan obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi və “PROYAPI Mühəndislik və Müşavirlik” ASC-nin Azərbaycandakı filialı ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Qarqarçay hövzəsi üzrə su axımının tənzimlənməsi və su ehtiyatlarından səmərəli istifadə edilməsi üçün texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanır.
Layihənin dəyəri 1 967 060 AZN təşkil edir.






