16 C
Baku
Friday, November 22, 2024

Türkiyə SOCAR ilə Bolqarıstana qaz nəqlinin artırılmasında əməkdaşlıq edə bilər

Ankara Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Bolqarıstana qaz nəqlinin artırılmasına dair əməkdaşlıq imkanlarını nəzərdən keçirir.

Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar “Bloomberg” agentliyinə müsahibəsində deyib.

“Türkiyə Avropa İttifaqına daha çox təbii qaz satmağa hazırdır. Lakin lazımi infrastruktur investisiyalarını əsaslandırmaq üçün uzunmüddətli öhdəliklərə ehtiyacı var. Bizə lazım olan Türkiyə-Bolqarıstan şəbəkələrarası gücün artırılmasıdır ki, hazırda Türkiyə tərəfinin texniki cəhətdən təmin edə biləcəyi ildə 7 milyard kubmetr qazın yalnız yarısını ödəyə bilir”, – o bildirib.

A.Bayraktar əlavə edib ki, Türkiyə-Bolqarıstan interkonnektoru vasitəsilə Avropaya qaz tədarükünü ildə 10 milyard kubmetrə çatdırmaq üçün Ankara SOCAR-la işləyə bilər.

Nazir, həmçinin Rusiyanın “mavi yanacağı”nı əvəz etmək üçün Avropaya alternativ qaz tədarükü ilə bağlı hazırda nəzərdən keçirilən ssenariləri “mürəkkəb” adlandırıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər