“Türkiyə Suriyada yeni antiterror əməliyyatına başlaya bilər”.
Banker.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
“Lazım olanı edəcəyik. Əlimiz-qolumuz bağlı qalmayacağıq. Nə vaxt bizə hücum edəcəklərini gözləməyəcəyik”, – o söyləyib.
Diplomat həmçinin bildirib ki, ABŞ-ın xarici siyasəti balanslı deyil və bu məsələdə Vaşinqtona xəbərdarlıq edilib.