21 C
Baku
Friday, April 26, 2024

Türkiyə Suriyanın şimalına girməsindən sonra lirə ucuzlaşır

Türkiyədə siyasi hadisələr fonunda milli valyuta lirə (TRY) ABŞ valyutası qarşısında ucuzlaşmağa başlayıb.

Banker.az-ın yerli bazara istinadən xəbərinə görə, səhər saatlarından Bakı vaxtı ilə 13:00 qədər USD/TRY məzənnəsi 5,7488 sıviyyəsinə yüksılib. Bu son 1 ayda ABŞ valyutasının ən yüksək məzənnəyə qədər bahalaşması deməkdir.

Bildirək ki, Suriyada keçiriləcək anti-terror əməliyyatı ilə bağlı məsələyə münasibət bildirərkən Türkiyə Prezidenti Rəcəb Təyyüb Ərdoğan açıqlama verərək, ABŞ prezidenti Donald Tramp hərbçilərin Suriya-Türkiyə sərhədindən çıxması əmrini çoxdan versə də bunun icrasına dünən (oktyabrın 6-da –red.) başlanmasını deyib.

O, xatırladıb ki, oktyabrın 6-da D.Trampla telefonla danışıb: “Axşamkı telefon danışığımızdan sonra geri çəkilmə başlamışdı. Bu təzə bir hadisə deyil, əksinə gecikmiş bir işdir. Cənab Donald Tramp bölgədən çıxmaqla bağlı əmr vermişdi. Ancaq bunun icrasını gecikdirirdilər. Qəbul etdiymiz bir qərar var. Qətiyyətimiz davam edir. Lazım olan təlimatı vermişik. Terror qruplaşmalarının hədələrini qəbul etməyimiz mümkün deyil”.

R.T.Ərdoğanın sözlərinə görə, İŞİD-lə bağlı bəzi rəqəmlər qabardılır: “Bu istiqamətdə hansı addımları atacaqlarını özləri bilər. İŞİD-ə nəzarəti əlimizdən çıxarmalıyıq deyirlər. Onlar İŞİD-çiləri həbsxanadan azad etməyin yollarını fikirləşirlər. Bir gün bölgəyə heç kimə xəbər vermədən anidən daxil ola bilərik. Bunu telefon danışığında Donald Trampa da dedim”.

Türkiyə prezidenti bildirib ki, noyabrın əvvəlində ABŞ-a səfər edəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər