11 C
Baku
Wednesday, December 11, 2024

Türkiyə Suriyaya əlavə hərbi kontingent yerləşdirdi

Türkiyə Müdafiə Nazirliyi Suriyaya əlavə hərbi qüvvələr göndərib.

Banker.az  xəbər verir ki, Ankara Moskva və Tehranla danışıqlar öncəsi mövqeyini gücləndirmək niyyətində olduğunu bildirib.

Türkiyə Suriya lideri Bəşər Əsədin sözünün üstündə duracağından və İdlib əyalətindəki müqavimət ocağında hücum edəcəyindən qorxur, çünki bu, qaçqın axınına səbəb olacaq. Ankara Suriya ərazisindən qaçan vətəndaşları öz ərazisində qəbul etmək istəmir, buna görə də Əsədin qələbəsinin qarşısını almaq üçün əlindən gələni edir.

Bu məqsədlə İdlibdə hərbi toqquşmaların qarşısını almaq üçün Suriya ərazisinə əlavə qüvvələr cəlb edilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, şübhəsiz ki, Rusiya prezidenti Vladimir Putinlə danışıqlarda İdlibdəki vəziyyətin ağırlaşması mövzusunu qaldıracaq. Qeyd edək ki, Suriyaya gətirilən türk əsgərlərinin sayı ilə bağlı heç bir məlumat yoxdur.

Bildirilir ki, Suriyanın bu əyalətindəki vəziyyət 2020-ci ilin mart ayından bəri dəyişmir. Eyni zamanda Bəşər Əsəd uzun sürət vətəndaş müharibəsində qələbə qazanmaq niyyətindədir. O, türk ordusunun Suriya ərazisini tərk etməli olduğunu hesab edir. Lakin Ərdoğanın atdığı addımlar türklərin Suriyanı tərk etmək niyyətində olmadığını göstərir.

Son xəbərlər
Digər xəbərlər