9 C
Baku
Friday, December 27, 2024

Türkiyə SWIFT-in Rusiya analoqundan istifadəni müzakirə edir

Rusiya və Türkiyənin bank orqanları ödəniş hesablaşmalarının həyata keçirilməsində SWIFT-ə alternativin – Rusiya Bankının maliyyə mesajlaşma sisteminin işə düşməsinin mümkünlüyünü müzakirə etməyə başlayıblar, lakin hələlik heç bir konkretlik yoxdur, Türkiyənin bank sektorundakı adı açıqlanmayan mənbə bildirib.

Agentliyin həmsöhbəti qeyd edir ki, indiyədək Türkiyə banklarının və şirkətlərinin yeni sistemə qoşulmasında heç bir irəliləyiş əldə olunmayıb, lakin danışıqlar və məsləhətləşmələr hələ də davam edir.

2024-cü ilin yanvarında Rusiya Mərkəzi Bankı 20 ölkədən 557 bank və şirkətin beynəlxalq SWIFT sisteminin yerli analoquna artıq qoşulduğunu bildirdib.

2022-ci ildə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Avropa İttifaqı Rusiya banklarının əksəriyyətini SWIFT sistemindən ayırıb. Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bildirib ki, SWIFT ilə əlaqənin kəsilməsi ən ağrılı sanksiyalardan biridir.

Son xəbərlər
Digər xəbərlər