-3 C
Baku
Sunday, December 15, 2024

Türkiyə taxıl dəhlizinə dair sazişin uzadılmasına ümid edir

Türkiyə hakimiyyəti iyulun 22-də İstanbulda imzalanmış və 120 gün üçün nəzərdə tutulmuş taxıl dəhlizi sazişinin uzadılmasına çox ümidlidir.

Bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi TRT telekanalının efirində bildirib.

Nazirin sözlərinə görə, sazişin reallaşmağa başlamasından ötən müddətdə Ukrayna limanlarından 271 gəmi çıxıb, humanitar dəniz dəhlizi ilə 6,2 milyon ton kənd təsərrüfatı məhsulu daşınıb. Ukraynadan taxıl ixracına başlanması sayəsində buğda qiymətləri 25 faiz ucuzlaşıb. “Saziş psixoloji effekt doğurub”, – Vahit Kirişçi belə deyib.

Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə ixracı probleminin həlli üçün sənədlər paketi imzalanıb. İmzalanan sənədlərdən biri Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracının mexanizmini müəyyən edir. Türkiyə, Ukrayna, Rusiya və BMT tərəfindən yaradılmış dördtərəfli koordinasiya mərkəzi silah qaçaqmalçılığı və təxribatların qarşısını almaq üçün taxıl gəmilərinə baxış keçirirlər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdədir.

Banker.az xəbər verir ki, oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü keçirilib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər