Türkiyə dünyanın ilk dron gəmisi “TCG Anadolu”nu yerli və milli imkanlarla inşa edərək 400 milyon avro qənaət edib.
Bu barədə Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin rəisi İsmail Dəmir “A-Haber”ə müsahibəsində bildirib.
O, həmçinin qeyd edib ki, “F-16”lar “Özgür” modernizasiya layihəsi çərçivəsində yerli AESA radarı ilə təchiz ediləcək.