9 C
Baku
Thursday, December 12, 2024

Türkiyə “TikTok”u bloklamağı nəzərdən keçirir

Türkiyə Avropa İttifaqının (Aİ) ardınca “TikTok”u bloklamağı nəzərdən keçirir, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.

“Xüsusilə bu platformada məzmunun paylaşılması ilə bağlı çox ciddi tənqidlər var. TikTok Amerikada qadağan edilib. Biz qadağaların əleyhinəyik, amma Türkiyədə də bu, qadağa ilə nəticələnəcək. Çünki təəssüf ki, elə məsələlər var ki, biz heç vaxt nə sözlə, nə məsləhətlə, nə də xahişlə uğur qazana bilmərik”, – Türkiyə Parlamentinin Rəqəmsal Media Komissiyasının sədri Hüseyn Yaiman bildirib.

Onun sözlərinə görə, komissiya söz azadlığının tərəfdarıdır və senzuraya qarşıdır, lakin ictimai asayişi qorumaq lazımdır. Yaiman qeyd edir ki, uşaqlar və gənclər “daha sağlam psixika ilə böyüməlidirlər”.

Xatırladaq ki, daha əvvəl Aİ də “TikTok”u qadağan etməyi nəzərdən keçirib. Eyni təşəbbüs Qazaxıstanda da müzakirə olunur.

Son xəbərlər
Digər xəbərlər