Türkiyə turistlərə kirayə evlərin verilməsi ilə bağlı tələbləri sərtləşdirib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ev sahibi mənzili yüz gündən az müddətə icarəyə vermək istəyirsə, bunun üçün binadakı bütün mənzil sahiblərinin razılığını almalıdır.
Xatırladaq ki, daha əvvəl Türkiyə əcnəbilərə yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirib – indi əmlakın minimum qiyməti ən azı 200 min dollar olmalıdır.