Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edərək, ölkənin Bolqarıstan, Macarıstan və Rumıniyaya təbii qaz ixracına başladığını bildirib. Prezident görüşdən sonra əsas qərarları “Telegram” kanalında dərc edib. Müraciət “TRT Haber” telekanalı tərəfindən yayımlanıb.
Prezident deyib ki, üç Avropa ölkəsinə qaz ixracı Türkiyənin qlobal enerji ticarətinə qayıtmaq məqsədinə çatmaq üçün “böyük addım”dır. Türkiyə vasitəsilə Avropaya qaz tədarükü ilə bağlı müqavilələr hələ 2023-cü ildə imzalanıb. Rumıniyaya enerji tədarükü ötən ilin oktyabrında, Bolqarıstana isə apreldə başlanıb.
2023-cü il yanvarın 3-də Türkiyənin Energetika Nazirliyi mərkəzin tikintisinə başlandığını elan edib. Yeni qaz klasterinin layihəsi Rusiyanın “Qazprom” və BOTAS şirkətləri tərəfindən hazırlanır. Qovşağın tikintisi barədə danışan Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Moskvanın Türkiyə vasitəsilə Rusiya qazının nəqlini genişləndirmək, o cümlədən Avropaya elektron qaz ticarəti platformasının yaradılması ideyası var.