21 C
Baku
Thursday, October 17, 2024

Türkiyə uçot faiz dərəcəsini 22 ilin maksimumunda saxladı: 50 faiz

Türkiyə Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini ardıcıl yeddinci dəfə 2002-ci ildən bəri maksimum səviyyədə— illik 50% olaraq saxladı.

Banker.az Türkiyə Mərkəzi Bankının mətbuat açıqlamasına istinadən xəbər verir ki, 3-cü rübün göstəriciləri daxili tələbin yavaşlamağa davam etdiyini, dezinflyasiya səviyyələrinə yaxınlaşdığını, əsas malların inflyasiyasının aşağı səviyyədə qaldığını və xidmətlər üzrə inflyasiyanın 4-cü rübdə yavaşlayacağının gözlənildiyini göstərir.

Bununla belə, inflyasiya gözləntiləri və qiymət davranışı dezinflyasiya prosesinə risklər yaratmağa davam edir. Tənzimləyici qeyd edib ki, inflyasiyanın yaxşılaşma tempi ilə bağlı qeyri-müəyyənlik daxil olan məlumatlar fonunda artıb.

“Sərt pul-kredit siyasəti, aylıq inflyasiyanın əsas tendensiyasında əhəmiyyətli və davamlı azalma qeydə alınana və inflyasiya gözləntiləri proqnozlaşdırılan diapazona yaxınlaşana qədər davam edəcək,” – deyə, sənəddə qeyd edilir. Türkiyə Mərkəzi Bankı orta müddətli dövrdə 5%-lik inflyasiya hədəfinə çatmağı planlaşdırır.

Dollar/lirə cütlüyü bu xəbərə neytral reaksiya verdi və məzənnə 34.17 ətrafın səviyyəsində ticarətini davam etdirdi.

— Bloomberg tərəfindən sorğulanan iqtisadçıların əksəriyyəti Türkiyə Mərkəzi Bankının dərəcəni 50% səviyyəsində saxlayacağını gözləyirdi. Yalnız bir ekspert uçot dərəcəsinin 250 baza bəndi azaldılma ehtimalını irəli sürmüşdü.

— Sentyabr ayında Türkiyədə inflyasiyanın zəifləməsi qeydə alınıb — illik inflyasiya bir ildən çoxdur ilk dəfə 50%-dən aşağı düşüb və 49,4% təşkil edib.

— Türkiyədə inflyasiya hələ də dərəcənin 50% səviyyəsində saxlanılmasını tələb edir, lakin SEB AB bank qrupuna görə “gizli siyasi təzyiqlər” səbəbindən 2024-cü ilin sonuna qədər pul-kredit siyasətində yumşalma ola bilər.

— “JPMorgan Chase” yanvardan avqust ayına qədər Türkiyə Mərkəzi Bankının hər iclasda dərəcəni 250 baza bəndi azaldacağını gözləyir. Bank ekspertləri sonda dərəcənin 50%-dən 30%-ə qədər endiriləcəyini proqnozlaşdırırlar.

— 2023-cü ilin yayından etibarən Türkiyə Mərkəzi Bankı inflyasiyanı yavaşlatmaq üçün dərəcəni doqquz dəfə artırıb. Ümumilikdə tənzimləyici borclanma xərcini 4150 baza bəndi artırıb.

Son xəbərlər
Digər xəbərlər