Türkiyə Rusiyaya Ukrayna müharibəsinin bitməsi üçün bir sıra təklif irəli sürüb.
Bu barədə “Haber Türk” kanalına müsahibəsində Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
O qeyd edib ki, bu məsələlər onun Rusiya Prezidenti Vladimir Putin ilə görüşü zamanı müzakirə edilib. Kalın əlavə edib ki, “bu bir plan deyil, sadəcə bəzi perspektivlərdir”:
“Rusiyanın müharibədə qazandığını demək olmaz, indiyədək təxminən 500-600 min insan həlak olub. Rusiya hərbi və iqtisadi cəhəddən itkilər verməyə davam edir”.