21 C
Baku
Friday, September 27, 2024

Türkiyə Ukraynada dəhliz yaradılmasını təklif edib

Türkiyə Ukraynada xəstə və yaralıların təxliyəsi üçün dəhliz yaradılmasını təklif edir.

Banker.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca Cenevrədə Ümumdünya Səhiyyə Assamblyeasının 75-ci sessiyasında çıxışı zamanı deyib.

“Münaqişə zonasından xəstə və yaralıların təxliyəsi üçün etibarlı tibbi dəhlizin yaradılması lazımdır. Ümumdünya Səhiyyə Təşkilatı başqa olmaqla, beynəlxalq birliyin təklifi dəstəkləməsinə çağırıram. Türkiyə yaralı və xəstələrin təxliyəsi üçün üzərinə düşməni etməyə hazırdır”, – o deyib.

O, humanitar yardım çərçivəsində Ukraynaya tibbi ləvazimat və dərmanların göndəriləcəyini əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər