9 C
Baku
Saturday, December 27, 2025

Türkiyə Ukraynada sülhün əldə olunmasında həlledici rol oynaya bilər – İtaliya XİN

Türkiyə BMT, Vatikan, Çin və ABŞ ilə birlikdə tərəfləri (Rusiya və Ukraynanı-red) Ukrayna üzrə danışıqlara başlamağa sövq etməkdə həlledici rol oynaya bilər ki, bu da öz növbəsində atəşkəsə və mümkün sülhə gətirib çıxaracaq.

Bu fikri bazar ertəsi İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri, Baş nazirin müavini Antonio Tayani “Radio 1”in efirində bildirib.

“Türkiyə çox şey edə bilər və edib. İnanıram ki, Türkiyə BMT, Vatikan, Çin və ABŞ ilə birlikdə Rusiya və Ukraynanı danışıqlar masasına oturtmaqda həlledici rol oynaya bilər, bu da atəşkəsə, sonra sülhə gətirib çıxaracaq”, – İtaliya Baş nazirinin müavini deyib

Kiyevə mümkün hava hücumundan müdafiə sistemlərinin tədarükünü şərh edən XİN rəhbəri qeyd edib ki, “texniki problemlər var”. “Biz Ukraynanı dəstəkləmək və onun müstəqilliyini qorumaq niyyətindəyik”, – Tayani əlavə edib.

Qeyd edək ki, 2022-ci ilin martında İtaliya parlamenti Ukraynaya yardım, o cümlədən hərbi yardım göstərilməsi haqqında qətnaməni təsdiqləyib. Təchizat edilmiş silahların siyahısı ilə bağlı beş fərman verilib. Oktyabrda hakimiyyətə gələn yeni sağ mərkəzçi hökumət daha əvvəl hərbi yardımın 2023-cü ilə qədər uzadılması haqqında fərmanı təsdiqləyib.

Son xəbərlər
Digər xəbərlər