1 C
Baku
Saturday, December 14, 2024

Türkiyə Ukraynadan taxıl ixracı üçün kanal yaratdı

Türkiyə Ukraynadan taxılın ixracı üçün yeni xüsusi əlaqə kanalı yaradıb.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

O, Türkiyə Müdafiə Nazirliyinin təşəbbüsü ilə taxıl məsələsini həll etmək üçün “qırmızı xətt” formalaşdırıldığını qeyd edib.

Nazir ötən həftə ukraynalı həmkarı Aleksey Reznikov və rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb. Bu zaman Akar həmkarları ilə Ukraynadan taxılın ixracını müzakirə edib.

Qeyd olunur ki, yaradılan “qırmızı xətt”lə bağlı hər ölkədən general rütbəli 1 nümayəndə cəlb olunub. Onlar Ukrayna taxılının ixracı məsələlərinin müzakirəsi üçün Türkiyə ilə birbaşa əlaqə yarada biləcək.

 

 

Son xəbərlər
Digər xəbərlər