Türkiyə və İsrail Şərqi Aralıq dənizindən qazın Türkiyə üzərindən Avropaya nəqli ilə bağlı danışıqlar aparacaq.
Bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Şimali Koreyada koronavirusa yoluxanların sayı sürətlə artırLivanda parlament seçkiləri keçirilirƏfqanıstanda məsciddə partlayış olub
Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə enerji və təbii sərvətlər naziri İsrail qazının Türkiyə üzərindən nəqli ilə bağlı bu ölkənin rəsmiləri ilə danışıqlar aparacaq: “Xarici işlər nazirimizin bizə təqdim etdiyi məlumatlara baxsaq, İsrail tərəfi buna hazır olduqlarını söyləyir və bu çərçivədə fəaliyyətimizi davam etdirəcəyik”.
O, Türkiyənin Şərqi Aralıq dənizindəki sektorunda seysmik gəmilərin qaz ehtiyatları olduğu ehtimal edilən bir sıra yerləri müəyyənləşdirdiyini də xatırladıb: “Həmin müəyyənləşdirilən yerlərdə qazma gəmilərimiz çalışacaq”.