0 C
Baku
Sunday, February 23, 2025

Türkiyə və Almaniya prezidentləri arasında görüş olub

Almaniya Prezidenti Frank-Valter Ştaynamyer Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Görüş Almaniya Prezidentinin Ankaraya səfəri çərçivəsində baş tutub.

Bu, Ştaynmayerin Almaniya prezidenti kimi Türkiyəyə ilk səfəridir. Prezidentlər sonuncu dəfə 2023-cü ilin noyabrında Berlində görüşüb.

Qeyd edək ki, Almaniya dövlət başçısı Ankaradan əvvəl İstanbulda olub, orada görüşlər keçirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər