10 C
Baku
Thursday, December 12, 2024

Türkiyə və Azərbaycan 1 mlrd. avroluq valyuta svopu imzalayacaq

Türkiyə yaxın həftələrdə Azərbaycanla 1 mlrd. avro dəyərində (1,14 mlrd. dollar) valyuta svopu müqaviləsini imzalamağa yaxındır.

Bu barədə “Middle East Eye” məsələ ilə tanış olan Türkiyə hökumətindəki mənbələrinə istinadən yazır.

Qeyd olunur ki, Türkiyə və Azərbaycan mərkəzi bankları arasında bir müddətdir valyuta svopu razılaşması üzrə aparılan danışıqlar son mərhələyə çatıb.

Təklif olunan müqavilə Türkiyənin valyuta ehtiyatlarını qorumaq üçün son vaxtlar bağladığı bir neçə valyuta svopu müqavilələrindən biridir.

Qeyd edək ki, bu yaxınlarda Türkiyə və BƏƏ arasında müvafiq olaraq 18 mlrd. lirə və 64 mlrd. dirhəm məbləğində valyuta svopu müqaviləsi imzalanıb.

Valyuta svopu bir valyutanın digərinə nəzərən müxtəlif periodlar üzrə (adətən nağd və forvard) eyni vaxtda alınması və satılmasıdır. Bu növ svopda iki tərəf arasında müəyyən gün üçün valyuta mübadiləsi üzrə və gələcəkdə bir gün üçün əks mübadilə üzrə məzənnələr razılaşdırılır.

 

 

Son xəbərlər
Digər xəbərlər