“Türkiyə və Azərbaycan birgə türk ordusunun yaradılması ilə bağlı danışıqlar aparır”.
Bu barədə Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O, bu məsələ ilə bağlı suala cavab verərkən hər iki ölkə arasında razılaşmalara uyğun olaraq keçirilən hərbi təlimləri də xatırladıb.