Türkiyə ilə birgə peşə təhsili müəssisəsinin yaradılması istiqamətində praktiki olaraq bütün mərhələlər bitib və son protokolla bağlı qaydalar müəyyənləşdirilir.
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.
Agentlik direktoru bildirib ki, Bakıda tekstil və İT, Qəbələdə turizm və ya xidmət sahəsində iki müəssisənin birgə idarəçilik etməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, müəssisələrdə bütün peşə ilə bağlı ixtisas fənləri Türkiyə kurikulumuna uyğun olaraq oradan gələn müəllimlər tərəfindən tədris ediləcək və müəssisənin idarə edilməsi də birgə olacaq:
“Təbii ki, müəyyən fərqlər gözlənilir. Məsələn, Türkiyədə peşə təhsilinə uyğun olaraq müavinlərin sayında fərq olacaq. Hazırda qarşılıqlı razılaşmada müzakirə olunan məsələlərdən biri budur. Yəni burdakı müəssisələrimizdə üç müavin varsa yaradılacaq müəssisədə bu sayın artması gözlənilir. Burada istehsalatın idarə edilməsi ilə bağlı konkret vəzifələr və yəni ştatlar var. Hesab edirəm ki, bu, peşə təhsil sistemi üçün yenilik olacaq”.