Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri arasında sərbəst ticarət sazişi ilin sonunadək imzalana bilər.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda BƏƏ-li həmkarı Şeyx Abdullah bin Zayed Al Nahyan ilə birgə mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, BƏƏ Türkiyənin Körfəz bölgəsində ən önəmli tərəfdaşlarından biridir. Bundan əlavə, nazirin sözlərinə görə, Türkiyə BƏƏ ilə birlikdə İraq ərazisi vasitəsi ilə regionu Avropa ilə bağlayacaq bir sıra layihə həyata keçirəcək.