12 C
Baku
Thursday, March 28, 2024

Türkiyə və Belarus vətəndaşları Azərbaycanda məsafədən bank hesabları aça biləcək

“Azərbaycan və Türkiyə arasında elektron imzaların qarşılıqlı tanınması ilə əlaqədar hazırlanmış infrastruktur “Bakutel 2019” sərgisində nümayiş etdiriləcək”.

Bunu bu gün IV Beynəlxalq Bankçılıq Forumunda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzinin müdir müavini Həbib Abbasov bildirib.

H. Abbasov deyib ki, nazirliklə Mərkəzi Bank arasında məsafədən hesabların açılması ilə bağlı görüş olub: “Həmin informasiya sisteminə elektron imza infrastrukturu da inteqrasiya olunub. Türkiyə ilə Azərbaycan arasında elektron imzaların qarşılıqlı tanınması bizə nə verəcək? Texniki tərəfləri həll etmişik, hüquqi tərəfləri ilə bağlı da araşdırma apardıq. Hüquqşünaslar gördülər ki, qanunda heç bir məhdudiyyət yozdur. Bu o deməkdir ki, biz məsafədən hesab açmağa başlayırıqsa, hansı ölkələrlə elektron imzanın qarşılıqlı tanınmasını təmin etmişiksə, həmin ölkə vətəndaşları da Azərbaycanda özlərinə bank hesabları aça biləcəklər. Bununla bağlı həm Türkiyə, həm Belarusla bağlı proses gedir. “Bakutel 2019” sərgisində bu infrastruktur ilə tanış ola bilərsiniz”.

©APA

Son xəbərlər
Digər xəbərlər