10 C
Baku
Friday, December 13, 2024

Türkiyə və Fransa Dağlıq Qarabağı müzakirə edib

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalınla Fransa prezidentinin xarici siyasət üzrə müşaviri Emmanuel Bonn arasında telefon danışığı olub.

Bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.

Telefon danışığının gedişatında ikitərəfli əlaqələr, Türkiyə və Avropa Birliyi (AB) arasında münasibətlər, Şərq Aralıq Dənizi, Dağlıq Qarabağ, Suriyada və Liviyada münaqişə müzakirə edilib.

Tərəflər qarşılıqlı hörmətə və etimada əsaslanan ikitərəfli münasibətlərin bərpasının əhəmiyyətini qeyd ediblər.

Hökumət rəsmiləri Türkiyənin AB ilə əlaqələrini canlandırmaq üçün strateji addımların atılmasının və işbirliyinə diqqət yetirilməsinin vacibliyini vurğulayıblar.

Kalın və Bonn miqrasiya razılaşmasını yeniləməyə və yeni yol xəritəsinin hazırlığı prosesini sürətləndirməyi razılaşdırıblar.

Liviyada böhranını müzakirə edən Türkiyə və Fransa rəsmiləri müvəqqəti hökumət üzvlərinin seçilməsini alqışlayıblar.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər