10 C
Baku
Thursday, December 12, 2024

Türkiyə və İran qaz tədarükü ilə bağlı müqavilənin müddətini uzadır

Tehran və Ankara İran qazının Türkiyəyə tədarükü ilə bağlı 30 illik müqavilənin müddətini uzatmağı planlaşdırır.

Bunu aprelin 4-də İranın neft naziri Cavad Ouci Tehranda Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə danışıqlardan sonra deyib.

“Görüş zamanı Türkiyə ilə mövcud qaz müqaviləsinin müddətinin uzadılmasına dair danışıqların aparılması qərara alındı. Hazırkı müqavilə 2026-cı ildə başa çatır. Yeni müqavilə çərçivəsində Türkiyəyə hər gün 30 milyon kubmetr təbii qazın tədarükü nəzərdə tutulur”, – o bildirib.

O, həmçinin qeyd edib ki, bu gün İran Milli Qaz Şirkəti ilə Türkiyənin dövlət neft-qaz şirkəti BOTAŞ arasında rəsmi danışıqlar aparılacaq: “Biz həmçinin Türkiyə ilə İran arasında enerji əməkdaşlığının genişləndirilməsi məsələlərini və türk şirkətlərinin İranın enerji sektoruna sərmayə qoymaq imkanlarını müzakirə etdik. Bu gündən etibarən əməkdaşlığın genişləndirilməsi üzərində işə başlayacağıq”.

Nazir vurğulayıb ki, İran Türkiyə ilə neft və təbii qaz yataqlarının işlənməsində əməkdaşlığı genişləndirməyə hazırdır.

Son xəbərlər
Digər xəbərlər